Logo
    main-post-cover

    Xiaomi-nin Intel Meteor Lake prosessorlu yeni noutbuku Geekbench testlərindən keçib

         Xiaomi şirkəti öz noutbuk portfoliosunu yeni model ilə genişləndirməyi hədəfləyib. Belə ki, şirkətin yeni noutbuk modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Məlumat sızıntısına əsasən Xiaomi-nin yeni noutbuku 14-cü nəsil Intel Core Ultra 7 155H (Intel Meteor Lake) prosessoru vasitəsilə çalışacaq. Sözügedən prosessor 16 nüvəli olacaq. Onlardan 6-sı performans, 10-u isə enerji effektivliyi nüvələri olacaq. Bundan əlavə olaraq noutbuk 32 GB RAM-a və Windows 11 əməliyyat sisteminə sahib olacaq. Yeni noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 1567 xal, çox nüvəli testi çərçivəsində isə 8228 xal toplayıb. Xiaomi-nin Intel Meteor Lake prosessoru vasitəsilə çalışan yeni noutbukunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş