
Xiaomi'nin qatlana bilən smartfonu şirkətin son patentində aşkar edilib
Elm & Texnologiya
25.10.2019
Emil
Xiaomi şirkəti artıq çox hissəsi ekran ilə əhatə edilmiş Mi Mix Alpha smartfon modelini təqdim edib. Lakin bir çoxları hələ də şirkətin ilk qatlana bilən smartfon modelini gözləyirlər. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində şirkət rəhbəri qatlana bilən smartfon modelinin prototipini sərgiləmişdi. Şirkətin son patentində isə həmin smartfon barəsində sənədlər ortaya çıxıb. Patent sənədlərində qatlana bilən smartfonun sxematik fotolarından əlavə onun bəzi özəllikləri də yer alıb. Bu barədə Gizchina saytı xəbər verib.

Patent sorğusunda əks olunmuş sxematik fotolar bu ilin əvvəlində sərgilənmiş prototip model ilə üst-üstə düşürlər. Tam açıq vəziyyətdə cihaz böyük olmayan planşeti xatırladır. Lakin onun iki hissəsini qatlayandan sonra cihaz adi smartfon görünüşünü əldə edir. Sxematik fotolardan da göründüyü kimi cihazın bütün kameraları və ötürücüləri ekranın mərkəzində yerləşdirilməlidir. Kameraların və ötürücülərin ekranın alt hissəsində yerləşəcəyi və ya onlar üçün ekran üzərində xüsusi çıxıntı hissənin reallaşdırılacağı məlum deyil.

Bundan əlavə olaraq təqdim olunmuş sxematik fotolarda smartfonun arxa kameraları qəribə şəkildə yerləşdirilib. Belə ki, həmin kameralar smartfonun arxa panelində müxtəlif yerlərdə yerləşirlər. Bu halda smartfonun tam qatlanmış halında kameralardan istifadə etmək mümkün olmayacaq. Xiaomi şirkətinin patentdəki özəlliklərdən istifadə edib-etməyəcəyi bilinmir. Bu cür smartfonun ümumiyyətlə satışa çıxıb-çıxmayacağı da dəqiq deyill.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
