Logo
    main-post-cover

    Xiaomi öz elektromobilinin hibrid versiyasını təqdim edəcək

    Elm & Texnologiya
    11.10.2023
    Emil
         Xiaomi şirkəti öz ilk elektromobili üzərində aktiv şəkildə çalışmağa davam edir. Dünən Xiaomi elektromobilinin istehsal ediləcəyi zavodun ilk fotoları ortaya çıxdı. İndi isə Xiaomi elektromobili barəsində yeni məlumatlar verilib. Verilmiş yeni məlumatlara əsasən Xiaomi öz ilk elektromobilinin həmçinin hibrid versiyasını təqdim edəcək. Təqdim ediləcək hibrid versiya özündə elektrikli mühərrik ilə birlikdə 1.5 litrli benzin mühərrikini birləşdirəcək.
         Bundan əlavə olaraq elektromobilin digər iki versiyasının sahib olacaqları batareyalar barəsində məlumat verilib. Məlumata əsasən birinci versiya 400 voltluq arxitekturaya sahib BYD Blade adlı batareya ilə, ikinci versiya isə 800 voltluq arxitekturaya sahib CATL Qilin adlı batareyaya sahib olacaq. CATL Qilin adlı batareyanın həcmi isə 101 kilovatt saat təşkil edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi elektromobilinin gələn il satışa çıxacağı gözlənilir. Elektromobilin özü isə bu ilin sonuna kimi təqdim oluna bilər.
    Paylaş