main-post-cover

    Xiaomi özünün AirTag analoqu üzərində çalışır

    Elm & Texnologiya
    30.06.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti müxtəlif cihazların smartfon vasitəsilə sürətlə tapılması üçün nəzərdə tutulmuş xüsusi aksesuarı patentləşdirib. Təqdim edilmiş dokumentasiyaya əsasən aksesuar kiçik trekeri xatırladacaq və onu müxtəlif əşyalara bərkitmək mümkün olacaq. Bu üsul ilə əşyaların yerlərini təyin etmək mümkün olacaq. CN1068779118 nömrəsinə sahib olan patent hələ 2017-ci ildə qeydiyyatdan keçirilib. Lakin onun barəsində məlumat hələ indi ortaya çıxıb.
        Dokumentasiyadakı təsvirə əsasən sözügedən cihaz itmiş əşyaların və ya cihazların tapılması üçün nəzərdə tutulub. Keçən il Xiaomi UWB dəstəkli əşyalarını sərgiləmişdi. Heç istisna deyil ki, şirkətin axtarış trekeri də bu texnologiya əsasında qurulacaq. Xiaomi təmsilçiləri bu cür cihazın satışa çıxarılması barədə planlarını ictimaiyyətə hələ çatdırmayıblar. Analitiklərin fikirlərinə əsasən Xiaomi-nin axtarış trekerinin qiyməti Apple AirTag-dən daha aşağı ola bilər. Aksesuarın nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər