Xiaomi Pocophone F2-nin yeni render fotosu və texniki göstəriciləri ortaya çıxdı

Xiaomi Pocophone F2-nin yeni render fotosu və texniki göstəriciləri ortaya çıxdı

Texnologiya
29.12.2018 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin yeni Pocophone F2 smartfon modelinin render fotoları yayılmışdı. Həmin vaxtda yayılmış məlumatlarda qeyd olunurdu ki, sözügedən smartfon modeli Xiaomi şirkətinin Snapdragon 855 prosessorlu ən ucuz cihazı olacaq. İndi isə smartfon barəsində yeni məlumatlar ortaya çıxıb və həmin məlumatlar bir qədər məyusluğa səbəb olub.


Bənzər xəbər


    Belə ki, Pocophone F2 smartfonu məşhur Geekbench bençmark saytında ortaya çıxıb və bençmark məlumatına əsasən yeni smartfonda Snapdragon 855 prosessorunu gözləməyə ehtiyac yoxdur. Beləliklə Pocophone F2 modeli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq və Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon Geekbench-in birnüvəli testində 2321 xal, çoxnüvəli testində isə 7564 xal toplayıb.


    Bundan əlavə olaraq smartfonun yeni render fotosu da ümidləri doğrultmayıb. Belə ki, yeni render fotolarından da görmək olar ki, Pocophone F2 modeli ikili arxa kamera ilə təchiz olunacaq və V şəkilli çıxıntı hissəyə sahib olacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd olunurdu ki, smartfon ekran üzərində ön kamera üçün kiçik dairəvi hissəyə və arxa paneldə 4 kameraya sahib olacaq. Yeni render fotoda smartfonun arxa panelində barmaq izi skanı texnologiyası yerləşir. Fotodan da görmək olar ki, smartfonun ön panelinin aşağı hissəsi bir qədər qalın çərçivəyə sahibdir. Beləliklə Pocophone F2-nin sadəcə ekran üzərindəki çıxıntı hissədən başqa əvvəlki modeldən nə ilə fərqlənəcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×