
Xiaomi R1 adlı yeni smartfonun ilk fotosu sızdırıldı
Elm & Texnologiya
26.11.2017
Emil
“Xiaomi” şirkəti öz geniş çeşidli smartfon seriyasını yeni R modeli ilə daha da genişləndirmək istəyir.
Yeni R seriyası altında təqdim olunacaq
smartfon R1 adlanacaq. Onun həmçinin Mi R1 adlanacağı da istisna deyil. Qeyd
etmək laızmdır ki, şirkət bu il artıq yeni Mi A seriyasına start vermiş və
Xiaomi Mi A1 smartfonunu təqdim etmişdi. R1 modeli haqqında o qədər də çox məlumat
olmasa da, onun keyfiyyətli fotosu artıq internetə sızdırılıb.

Xiaomi R1 metal
korpusa və 18:9 nisbətində ekrana sahib olacaq. Korpusun ətrafındakı çərçivələr
isə maksimal dərəcədə nazik olacaqlar. Bundan əlavə olaraq onda USB Type-C
girişinin olacağı məlumatı da var. Xiaomi R1-in satış tarixi barəsində heç bir
məlumat yoxdur. Lakin güman olunur ki, o, 230$ civarında satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
