Logo
    main-post-cover

    Xiaomi Redmi 5 və Redmi 5 Plus modellərinin ilk fotoları sızdırıldı (VİDEO)

    Elm & Texnologiya
    04.12.2017
    Emil
    “Xiaomi” şirkəti artıq bildirib ki, Redmi 5 və Redmi 5 Plus modelləri 7 Dekabr tarixində təqdim olunacaqlar.

    Lakin hər iki smartfonun render fotoları artıq sızdırılıb. Hər iki smartfon bir arxa kameraya sahib olacaq. Kameranın yanında isə barmaq izi skanı yerləşəcək. Bununla yanaşı smartfonlar  bir qədər əyilmiş ekrana və nazik çərçivələrə sahib olacaqlar. Lakin həmin çərçivələr Galaxy S8 LG V30 modellərindəki kimi nazik olmayacaqlar. Hər iki smartfonun korpusları metaldan hazırlanıb.

    Fotolardan da göründüyü kimi Redmi 5 modeli Redmi 5 Plus-dan bir qədər kiçik olacaq. O, 5.7 inç HD+ ekran, Snapdragon 450 prosessoru, 2/3 GB RAM, 32 GB daxili yaddaş, 12 MP-lik arxa, 5 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Xiaomi Redmi 5 Plus isə 5.99 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 3/4 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa, 5 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər iki smartfon MIUI 9 interfeysli Android Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Güman olunur ki, Çində Redmi 5 modeli 105$, Redmi 5 Plus modeli isə 160$ qiymətinə satılacaq.

    Paylaş
    Bənzər xəbərlər