
`Xiaomi Redmi Note 5`in xüsusiyyətləri ortaya çıxdı!
Elm & Texnologiya
06.07.2017
Orxan
Xiaomi-nin ən çox
satan seriyalarından olan Redmi Note ardıcıllığı qiymət performans çempionu
olmağa namizəd Redmi Note 5 modeli ilə qarşımıza çıxmağa
hazırlanır.
Xiaomi markasının
satış müvəffəqiyyəti ilə şirkətin üzünü güldürən Redmi Note ardıcıllığının yeni
üzvü olan Redmi Note 5 haqqında sızıntılar ortaya çıxdı. Ortaya çıxan xüsusiyyətlərə
görə Redmi Note 5 üçün 5,5 düymlük FullHD IPS ekran və enerji qənaətli
prosessor seti ilə təchiz olunacaq. Və enerji qənaətli çipset mövzusunda isə
istifadəçilər üçün Snapdragon 630 və 660
arasında bir seçim təqdim ediləcək.
Əvvəlki modelinə görə batareya tutumunda 310 mAh-lık bir eniş yaşayan model, 3790 mAh-lık bir batareya ilə qarşımıza
çıxacaq.

Telefonun USB-C
portu, Quick Charge 3.0 texnologiyası ilə gələcək. 16 MP arxa, 13 MP ön
kamera olacaq olan telefonda arxa tərəfdə isə Sony IMX 234 sensoruna üstünlük verildiyi ortaya çıxdı.
4 GB RAM və 64 GB qədər daxili yaddaş sahəsi və üç fərqli model
halında gələcək olan telefon, olduqca
yaxşı bir qiymət-performans tarazlığı təqdim edəcək kimi görünür.
Ortaya çıxan qiymət məlumatlarına görə 3 GB RAM və 32 GB
daxili yaddaş sahəsi olan model 175 dollar, 4 GB RAM və 32 GB daxili yaddaş sahəsi
olan model 205 dollar, 4 GB RAM və 64 GB daxili yaddaş sahəsi olan son modeli də 220
dollar qiymət etiketiylə satılacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
