
Xiaomi Redmi Note 5 və Note 5 Pro təqdim olundular
Elm & Texnologiya
14.02.2018
Emil
“Xiaomi” şirkəti Hindistanda Xiaomi Redmi Note 5 və Redmi Note 5 Pro modellərini təqdim etdi.
Yeni smartfonların əsas özəllikləri
18:9 nisbətində ekranlara sahib olmalarıdır. Bundan əlavə olaraq onlar böyük
batareya həcminə və heç də pis olmayan prosessorlara sahibdirlər. Texniki özəlliklərə
gəldikdə isə Redmi Note 5 5.99 inç maye kristallik Full HD+ IPS ekran,
Snapdragon 625 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş və 4000 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Kameralar baxımından Redmi Note 5
f/2.2 diafraqmalı 12 MP-lik arxa və 8 MP-lik ön kameraya sahibdir. Onun korpusu
isə alüminiumdan hazırlanıb. Smartfon MIUI 9 interfeysli Android Nougat əməliyyat
sistemi vasitəsilə çalışır. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 156$-a,
4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 186$-a satılacaq.

Lakin tədbirdə
əsas diqqət Redmi Note 5 Pro modelinə ayrılıb. Redmi Note 5 Pro modeli 18:9 nisbətində
5.99 inç IPS ekrana sahibdir. Əvvəlki modellərdən fərqli olaraq bu yeni model
nazik çərçivələr ilə təmin olunub. Redmi 5 Plus modelində olduğu kimi Redmi
Note 5 Pro-da da fiziki düymələr sensorlu düymələr ilə əvəz olunub. Smartfonun
korpusu alüminiumdan hazırlanıb və arxa tərəfdən plastik çərçivələr ilə əhatə
olunub. Qeyd etmək lazımdır ki, hər iki smartfonda barmaq izi skanı
texnologiyası arxa paneldə yerləşir. Şarj üçün adi microUSB girişi istifadə
olunur və smartfon həmçinin ənənəvi 3.5 mm-lik audiogirişə də sahibdir.

Texniki
göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno
509 qrafik sürətləndirici, 4/6 GB RAM, 32/64 GB daxili yaddaş və 4000 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Pro versiyanın əsas özəlliyi ikili
arxa kameraya sahib olmasıdır. Belə ki, smartfon biri f/2.2 diafraqmalı 12 MP,
digəri isə f/2.0 diafraqmalı 5 MP olmaqla ikili arxa kamera və 20 MP-lik ön
kamera ilə təmin olunub. O, MIUI 9 interfeysli Android Nougat əməliyyat sistemi
vasitəsilə çalışır. 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 220$-a, 6 GB
RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 265$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
