
Ölkəmizdə də çox məşhur
olan Xiaomi, yeni alt seqment səviyyəsində ki, Redmi Note 5A modelinin təqdimat
tarixini açıqladı.Xiaomi əlverişli modelləri ilə böyük satış rəqəmlərinə nail
ola bilir. Hər seqmentdə məhsulu mövcud
olan Xiaomi, Redmi Note 5A ilə 21 avqustda qarşımıza çıxmağa hazırlaşır.
Üst səviyyə modellərində olduğu kimi, alt seqment səviyyəli
məhsullarında da müvəffəqiyyətli olan Xiaomi,yeni modelini 21 avqust bazar ertəsi günü iki fərqli versiya ilə təqdim edəcək.İlk versiyada Snapdragon
425 prosessoru istifadə ediləcək Redmi
5A, 2 GB RAM və 16 GB daxili yaddaş sahəsi olacaq.
İkinci versiyada Snapdragon 430
prosessoru, 3 GB RAM və 32 GB daxili yaddaş sahəsi olacaq. Hər
iki modeldə 5.5 inç olan HD ekran və 3000 mAh batareya olacaq.
Kamera tərəfində ilk versiyası 13 meqapikselli arxa və 8 meqapikselli ön kameraya, ikinci versiyada 13 meqapikselli ön kameraya malik 16 meqapiksel arxa kamera olacaq. Xiaomi Redmi 5A modellərinin təxminən 1000 Yuan və ya təxminən 100 dollar qiymət etiketi ilə bazara çıxması gözlənilir.