Logo
    main-post-cover

    `Xiaomi Redmi Pro 2`nin texniki detalları sızdırıldı!

    Elm & Texnologiya
    29.06.2017
    Orxan
    “Xiaomi”nin nə zaman rəsmi olaraq təqdim olunacağı dəqiqləşməyən yeni smartfon telefonu Xiaomi Redmi Pro 2-nin texniki detalları sızdırıldı və maraqlı bir məlumat ortaya çıxdı.

    Gizchina adlı internet saytının əldə etdiyi məlumatlara görə Xiaomi Redmi Pro 2-nin texniki detalları ortaya çıxmış oldu. Əgər bu məlumatlar doğrudursa cihazda AMOLED ekran yer almayacaq və 3 GB yaddaş sahəsi tutumuna sahib olacaq.
    Digər xüsusiyyətlər nələrdir?
    Bunların xaricində Xiaomi Redmi Pro 2-də 12 MP və 5 MP-lik iki kamera qurğusu və ön tərəfdə də 16 MP-lik selfie kamerası yer alacaq. Kameralardan 12 MP-lik olan Sony-nin IMX362 qəbul edicisindən istifadə edərkən, 5 MP-lik ikinci kamera isə Samsung-un S5K4E8 qəbul edicisi ilə istehsal ediləcək.

    Ön tərəfdə yer alan sellfie kamerası da yenə Samsung tərəfindən çıxarılacaq və model nömrəsi də S5K3P8 olaraq ifadə edilib. Yuxarıdakı ekran görüntüsündə də görə biləcəyiniz kimi cihazda hansı prosessorun iştirak edəcəyi təəssüf ki, bilinmir amma iddialar Snapdragon 660 ilə çıxarılacağı istiqamətindədir.
    Son olaraq cihazın LCD ekrana sahib olacağı və AMOLED-dən tamamilə imtina edildiyi də gələn məlumatlar arasındadır. Bu detal Xiaomi Redmi 2 Pro-nu gözləyənləri böyük  ehtimalla məyus edəcək  və ümid edirik ki belə bir qərar həqiqətən də təsdiqlənməmişdir.
    Paylaş
    Bənzər xəbərlər