Xiaomi saniyədə bir telefon istehsal edə biləcək: Yeni zavod açılır

Xiaomi saniyədə bir telefon istehsal edə biləcək: Yeni zavod açılır

Texnologiya
21.11.2019 PAYLAŞIM

        Çinli nəhəng şirkət Xiaomi 2020-ci il üçün artıq hazırlıqlar görür. Xiaomi CEO-su Lei Jun Dünya 5G konfransında gələn il üçün ciddi hazırlıqlar görməyə başladıqlarını deyir. Xiaomi rəsmisinin dediklərinə görə yeni açılacaq zavod hesabına şirkət saniyədə 1 smartfon istehsal edə biləcək. Həmçinin yeni zavodun Dekabr ayında tamamlanacağını və 2020-dən etibarən fəaliyyyətə başlayacağı vurğulandı. 

Yeni açılacaq zavodun 5G dəstəyi olan flaqman modellərin istehsalı üçün istifadə edilməsi planlanır.


        Yeni zavodda həmçinin bulud texnologiyaları, 5G texnologiyalarının təkminləşdirilməsidigər servislər üçün də istifadə ediləcəyi Xiaomi CEO-su tərəfindən verilən məlumatlar arasında idi. Həmçinin bu zavod 176 000 kvadratmetrlik ərazidə inşa edilib və ən son texnologiya avadanlıqları ilə təchiz olunub. Hal-hazırki zavodlardan 60% daha sürətli istehsal potensialına malik bu zavod saniyədə 1 ağıllı telefon istehsal edə biləcək. Bu da təxminən 1 il ərzində 30 milyon cihazın sadəcə tək bir fabrikdan istehsal edilə biləcəyi deməkdir. Çox güman ki, şirkətin bu qədər yüksək sayılarda cihaz istehsal etməsi düşünülmür. Əsas önəmli olan faktor daha sürətli istehsal edərək bazara rəqiblərdən öncə daxil olmaqdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×