main-post-cover

    Xiaomi şirkəti 108 MP'lik kameraya sahib 4 smartfon modeli təqdim edə bilər

    Elm & Texnologiya
    03.09.2019
    Emil Nəcəfov
        XDA-Developers saytının jurnalistləri aşkar ediblər ki, Mi Gallery tətbiqinə 108 MP-lik kamera ilə çəkilmiş fotoların dəstəyi əlavə olunub. Beləliklə məlum olub ki, bu cür kamera ilə çəkilmiş fotolar 4 smartfon modeli üçün dəstəklənir. Onlar Tucano, Draco, Umi Cmi kod adlarına sahibdirlər. Çox güman ki, həmin kod adlarına sahib smartfonlar 108 MP-lik Samsung ISOCELL Bright HMX adlı kamera modulunu əldə edəcəklər.
        Belə ki, hal hazırda Samsung-dan başqa heç bir digər istehsalçı 108 MP-lik kamera modulunu təqdim etməyib. Sözügedən smartfonların texniki göstəriciləri və satışa çıxış tarixləri barəsində heç bir məlumat yoxdur. Bununla yanaşı həmin smartfonların Xiaomi və ya Redmi brendi altında çıxacaqları da tam aydın deyil. Məlumatda qeyd olunub ki, Mi Mix 4 smartfonu həmin 4 modelin olduğu siyahıya daxil deyil. Lakin buna baxmayaraq məhz Mi Mix 4 modeli 108 MP-lik kamera moduluna sahib ilk model olacaq.
    Linki kopyala