Xiaomi şirkəti 3 tərəfdən ekran ilə əhatə olunan smartfonun patentini aldı
Elm & Texnologiya
13.01.2020
Farid Pardashunas
Xiaomi şirkətinin smartfonlar seriyasına yaxın müddətdə daha bir qeyri adi cihaz əlavə oluna bilər. Belə ki, şirkətin yeni cihazı barəsində məlumatlar Çinin nizamlayıcı orqanının məlumatlar bazasında aşkar edilib. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən şirkət sözügedən patent sorğusunu hələ keçən il göndərib. Lakin həmin patent sorğusu yalnız bu ay təsdiq edilib.
Patent sorğusunda ortaya çıxmış fotolardan da görmək olar ki, şirkətin yeni qeyri adi smartfonunun ekranı arxa, ön panelləri və hətta sağ kənarı da əhatə edəcək. Ortaya çıxmış fotolardakı əks olunmuş cihaz bir növ Mi Mix Alpha smartfon modelini xatırladır. Heç istisna deyil ki,söhbət, Mi Mix Alpha-nın bir qədər sadələşdirilmiş versiyasından getsin. Məlumata əsasən smartfon həmçinin qatlana bilən də ola bilər. Lakin bu məlumatı təsdiq edən dəqiq bir sübut yoxdur. Şirkətin bu qeyri adi cihazının tenxiki göstəriciləri və təqribi təqdimat tarixi barəsində bir məlumat da yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!