
Xiaomi şirkəti 5G dəstəkli 3 büdcəli smartfon üzərində çalışır
Elm & Texnologiya
11.02.2020
Emil
XDA-Developers saytının baş redaktoru öyrənib ki, Xiaomi şirkəti hal hazırda 5G şəbəkə dəstəkli 3 büdcəli smartfon üzərində çalışır. Sözügedən smartfonlar atom, pre_bomb və bomb kod adlarına sahibdirlər. Məlumata əsasən bu büdcəli smartfon modelləri MediaTek prosessorlarını əldə edəcəklər. Söhbət, yeni Dimensity 800 və Dimensity 1000 prosessor modellərindən gedir.
Qeyd etmək lazımdır ki, Dİmensity 1000 prosessor modeli hələ keçən ilin noyabr ayında, Dimensity 800 prosessor modeli isə keçən ay baş tuutmuş CES 2020 sərgisində təqdim olunmuşdu. Xiaomi-nin sözügedən 3 büdcəli smartfon modelini nə zaman təqdim edəcəyi bilinmir. Hal hazırda şirkət Mi 10 flaqman smartfon seriyasının təqdimatına hazırlaşır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
