
Xiaomi şirkəti 8 günə 1 milyon ədəd Mi Band 4 smart qolbağı satıb
Elm & Texnologiya
24.06.2019
Emil
Xiaomi şirkəti özünün yeni Mi Band 4 adlı smart qolbağının satışları barəsində uğurlu nəticələri açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Çinin Weibo adlı sosial şəbəkəsindəki paylaşıma əsasən şirkət 8 gün ərzində 1 milyon ədəd Mi Band 4 smart qolbağı sata bilib. Şirkətin verdiyi məlumata əsasən o, hər saat ərzində mağazalara 5000 ədəd Mi Band 4 qolbağı göndərib.

Bu, şirkətin yeni rekord göstəricisidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1 milyon ədəd Mi Band 3 qolbağını satmaq üçün şirkətə 17 gün vaxt lazım olmuşdu. Qeyd etmək lazımdır ki, Mi Band 4 smart qolbağı 240x120 piksel keyfiyyətli 0.95 düym rəngli AMOLED ekran, plastik materialdan hazırlanmış gövdə, ürək döyüntülərinin təyin edilməsi ötürücüləri, Bluetooth 5.0 və 135 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
