
Xiaomi şirkəti Arm ilə birlikdə yeni prosessoru üzərində çalışır
Elm & Texnologiya
19.02.2024
Emil
Verilmiş məlumata əsasən Xiaomi şirkəti ARM ilə birlikdə smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessor üzərində çalışır. Bu barədə məlumatı MediaTek şirkətinin CEO-su təqdim edib. Bu barədə məlumata həmçinin Counterpoint adlı analitik şirkətin hesabatlarından birində rast gəlmək olar. Hələ bir neçə il bundan öncə məlumat ortaya çıxmışdı ki, OPPO şirkəti də Arm ilə birlikdə fərdi prosessoru üzərində çalışır. Lakin daha sonra OPPO bu ideyadan imtina etdi. İndi isə OPPO-nun yerinə Xiaomi gəlib. Xiaomi-nin hazırladığı yeni fərdi prosessorun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, prosessor Cortex nüvələrini və Mali qrafik çipini əldə edəcək. Qeyd etmək lazımdır ki, zamanında Xiaomi özünün Surge S1 adlı prosessorunu hazırlamışdı. Lakin nəticədə onu yalnız Mi 5C smartfonu əldə etdi.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
