Xiaomi şirkəti Black Shark 2 gamer smartfonunu təqdim edib

Xiaomi şirkəti Black Shark 2 gamer smartfonunu təqdim edib

Texnologiya
19.03.2019 PAYLAŞIM

    Xiaomi şirkəti Çində özünün yeni gamer smartfonu olan Black Shark 2-ni təqdim edib. Yeni Black Shark 2 gamer smartfonu Snapdragon 855 flaqman prosessor və 240 Hz tezlikdə çalışan AMOLED ekran əldə edib. Lakin texniki göstəricilər bu smartfonun tək özəllikləri deyil. Belə ki, şirkət yeni gamer smartfon modelində yenilənmiş soyutma sistemini, oyunların komfortlu şəkildə oynanılması üçün həm texniki həm də proqram təminatı özəlliklərini reallaşdırıb. Beləliklə Xiaomi Black Shark 2 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekrana sahibdir. Ekran Samsung tərəfindən istehsal olunur. Black Shark 2-nin ekranı həmçinin HDR, sRGBDCI-P3 texnologiyalarını da dəstəkləyir.


Bənzər xəbər


    Şirkətin verdiyi məlumata əsasən smartfon ekranına barmaq toxunuşu zamanı toxunuşa olan reaksiyanın gecikməsi 43.5 millisaniyə təşkil edir. Bu isə hal hazırda ən yaxşı göstəricidir. Qeyd etmək lazımdır ki, iPhone XS-də bu göstərici 45 millisaniyədir. Bundan əlavə olaraq smartfonun özü Magic Press texnologiyasını dəstəkləyir. Bu texnologiya vasitəsilə iki müstəqil hissəyə ayrılmış ekranın hər bir hissəsi istifadəçinin müəyyən təzyiqlə əl sıxmalarına reaksiya verir. Bu isə öz növbəsində oyunlarda əlavə imkanların yaradılmasına köməklik edir. Üçüncü nəsil maye soyutma sistemi vasitəsilə smartfon yaratdığı istiliyi öz gövdəsinin bütün hissəsinə paylaşdıra bilir. Beləliklə prosessorun temperaturu 14 dərəcəyə kimi aşağı düşür. Hətta yüksək yüklənmə zamanı da smartfonun temperaturu 45 dərəcəni keçmir.


    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.75 diafraqmalı) + 12 MP (f/2.2 diafraqmalı) ikili arxa kamera, 20 MP-lik (f/2.2 diafraqmalı) ön kamera və 27 vatt gücündə enerji qəbul etmə imkanına sahib sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun barmaq izi skanı tenxologiyası onun ekranına inteqrasiya edilib. Black Shark 2-də gamerlər üçün bir sıra proqram təminatı funksiyaları var. Məsələn smartfonda olan xüsusi rejim vasitəsilə istifadəçi smartfonun fonunda gedən bütün prosesləri bağlayaraq cihazın bütün resurslarını oyunların daha yüksək səviyyədə çalışmasına yönləndirə bilər.


    Bundan əlavə olaraq online oyunlarda gecikmələrin minimal olması üçün şirkət yeni smartfonda “X+2” standartlı yeni antenlərdən istifadə edib. Bunun nəticəsində smartfonu əldə necə saxlamaqdan asılı olmayaraq Wi-Fi4G LTE şəbəkələrinin sürətində zəifləmə olmur. Bütün bunlardan əlavə olaraq Black Shark 2 həmçinin ön panel tərəfdən stereosəsgücləndiricilər və arxa panel tərəfdən işıq saçan loqo ilə də təchiz olunub. Beləliklə smartfonu artıq Çində ön sifariş etmək mümkündür. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 477$-a, 8 GB RAM və 128 GB daxili yddaşa sahib versiya 521$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 566$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 626$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×