
Xiaomi şirkəti Black Shark 2 Pro gamer smartfonunun təqdimatını anons etdi
Elm & Texnologiya
19.07.2019
Emil
Xiaomi şirkəti heç gözlənilmədən Black Shark gamer smartfon seriyasının yeni modelinin təqdimat tarixini əks etdirən posteri təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş posterə əsasən yeni smartfon Black Shark 2 Pro adlanacaq və o, 30 iyul tarxiində Çində təqdim olunacaq.
Çox güman ki, yeni smartfon modelinin adi Black Shark 2-dən əsas fərqi ondan ibarət olacaq ki, Black Shark 2 Pro Snapdragon 855 Plus prosessoru, Kryo 485 sürətləndirici nüvəsi və Adreno 640 qrafik çipi ilə təchiz olunacaq. Digər özəlliklər isə adi Black Shark 2-də olduğu kimi qalmalıdır.

Qeyd etmək lazımdır ki, adi Black Shark 2 modeli OLED ekran, 12 GB RAM, 48 MP +12 MP ikili arxa kamera, 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və stereosəsgücləndiricilər il təchiz olunur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
