
Xiaomi şirkəti Black Shark gamer smartfonunun yeni modeli üzərində çalışır
Elm & Texnologiya
08.01.2019
Emil
Məşhur Geekbench bençmark saytında Xiaomi Black Shark gamer smartfonunun hələ təqdim olunmamış yeni versiyası barəsində məlumatlar ortaya çıxıb. Beləliklə saytdakı məlumata əsasən yeni Black Shark modelinin kod adı Skywalker-dir. Smartfon birnüvəli testdə 3494 xal, çoxnüvəli testdə 11149 xal toplayıb. Bu cür göstəriciləri yanız Snapdragon 855 prosessoru əldə edə bilir. Burdan da belə qənaətə gəlmək olar ki, yeni Black Shark modeli məhz bu prosessor ilə təchiz olunacaq. Bununla yanaşı Geekbench testindən keçmiş yeni Black Shark modeli 8 GB RAM-a və Android 9.0 Pie əməliyyat sisteminə sahibdir. Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
