
Xiaomi şirkəti büdcəli Mi Play smartfonunu təqdim etdi
Elm & Texnologiya
24.12.2018
Emil
Bugün Çində keçirilmiş xüsusi tədbir çərçivəsində Xiaomi şirkəti cavan auditoriya üçün nəzərdə tutulmuş büdcəli Mi Play smartfon modelini təqdim etdi. Qradient rəngli gövdədən əlavə olaraq sözügedən smartfon 8 nüvəli prosessor, süni zəka funksiyalarına sahib ikili arxa kamera və aşağı qiymət göstəricisini əldə edib. Beləliklə Xiaomi Mi Play modeli 19:9 nisbətli Full HD+ keyfiyyətli 5.84 düym ekrana sahibdir və ekranın üzərində Gorilla Glass qoruyucu şüşəsi var.

Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio P35 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ekranın üzərində V şəkilli çıxıntı hissə yerləşir. Ön kamera da məhz həmin çıxıntı hissənin daxilində yerləşdirilib. Smartfon MIUI 10 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Çində Xiaomi Mi Play artıq sabahdan 156$ qiymətində satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
