
Xiaomi şirkəti öz Redmi brendinin flaqman smartfon modellərinin satış göstəriciləri barəsində məlumat verib. Beləliklə şirkətin verdiyi məlumata əsasən satışa çıxdığı gündən etibarən 3 ay ərinzdə Redmi brendi 3 milyon ədəd Redmi K20 və K20 Pro smartfonu sata bilib. Bura həmçinin bu smartfonların qlobal versiyaları olan Xiaomi Mi9T və Mi9T Pro modelləri də daxildirlər. Bu cür satış göstəricisi çox yaxşıdır, lakin daha da çox ola bilərdi. Belə ki, smartfonlar Hindistan və Avropa bazarlarında Çindəki satışlardan 2 ay sonra çıxıblar. Buna baxmayaraq bu satış göstəriciləri də diqqəti çəkir.