Xiaomi şirkəti CC9, CC9e və CC9 Meitu Edition smartfonlarını rəsmi olaraq təqdim etdi

Xiaomi şirkəti CC9, CC9e və CC9 Meitu Edition smartfonlarını rəsmi olaraq təqdim etdi

Texnologiya
02.07.2019 PAYLAŞIM

    Çində keçirilmiş təqdimat tədbiri çərçivəsində Xiaomi şirkəti özünün yeni CC smartfon seriyasının ilk cihazlarını təqdim etdi. Yeni smartfon seriyasına CC9, CC9eCC9 Meitu Edition adlı smartfon modelləri daxil oldular. Sözügedən yeni smartfonlar ilk öncə gənclər üçün nəzərdə tutulub və onların əsas üstünlükləri arasında təkmilləşdirilmiş kamera funksiyaları var. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə adi CC9 modeli xarici görünüşcə Mi 9 modelinə bənzəyir. O, Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekrana sahibdir və ekranın üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi var.


Bənzər xəbər


    Əsas özəlliklər sırasında həmçinin ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası da var. Smartfonun arxa paneli şüşə materialdan hazırlanıb və həmin paneldə üç kamera modulu yerləşdirilib. Arxa paneldəki Xiaomi yazısı isə işıq dioduna sahibdir və həmin yazı öz rəngini dəyişə bilir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 710 prosessoru, Adreno 616 qrafik sürətləndirici, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586, f/1.79 diafraqma) + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    CC9 modeli şirkətin digər smartfon modellərindən kamera çəkiliş özəlliklərinə görə fərqlənir. Smartfonun kamera özəllikləri sırasında çəkilmiş fotoların süni zəka texnologiyası vasitəsilə redaktə olunması var. Onun sayəsində kadrdakı havanı dəyişmək, kadra göy qurşağı və ya ulduzlu gecə kimi təbiət hadisələrini əlavə etmək olar. Xiaomi CC9e modeli adi CC9-un xarici görünüşü ilə eynidir. Lakin adi CC9-dan fərqli olaraq CC9e modeli daha kompakt formatda reallaşdırılıb.


    Bununla yanaşı adi CC9-dan fərqli olaraq CC9e modeli Full HD+ keyfiyyətli 6 düym AMOLED ekran, 4/6 GB RAM və Snapdragon 665 prosessoru ilə təchiz olunub. Digər bütün özəlliklər isə hər iki smartfonda eynidir. CC9 Meitu Edition modeli də həm xarici görünüşcə həm də texniki göstəricilər ilə adi CC9 modelini təkrarlayır. Əsas fərqləndirici özəlliklər arasında isə 8 GB RAM,. 256 GB daxili yaddaş həcmi və əlavə kamera funksiyaları var.


    Beləliklə 64 GB daxili yaddaşa sahib CC9 261$-a, 128 GB daxili yaddaşa sahib CC9 290$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib CC9e 190$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib CC9e 203$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib CC9e 232$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib CC9 Meitu Edition isə 378$-a satılacaq. Smartfonlar artıq Çində satışa çıxıblar. Bu smartfonların qlobal bazarda nə zaman, hansı qiymətə və hansı adla satılacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×