main-post-cover

    Xiaomi şirkəti daxili yaddaş həcminə sahib SIM kartın patentini aldı

    Elm & Texnologiya
    21.02.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti qeyri adi SIM kart patentini əldə edib. Belə ki, patentdə əks olunmuş məlumata əsasən bu, adi SIM kart olmaqla yanaşı həmçinin özündə daxili yaddaş həcmini də birləşdirəcək. Bu üsul ilə şirkət SIM kartın funksionallığını və smartfonun daxili yaddaş həcmini yüksəltməyi planlaşdırır. Bu barədə iGeekphone saytı xəbər verib. Patenti əldə edilmiş SIM kartın bir tərəfi adi SIM kart kimi görünür. Lakin onun digər tərəfində yaddaş çipinə sahib kompakt mikrosxem yerləşdirilib.
        Analitiklərin sözlərinə əsasən məhz bu cür məhsul SIM kartların növbəti inkişaf dövrünə start verəcək. Patentdə əks olunmuş məlumata əsasən SIM kartda olan yaddaş həcmi rezerv kopyalama, məlumatların bərpa edilməsi kimi funksiyaları dəstəkləyir və təhlükəsizlik standartlarına cavab verir. Bununla belə yeni SIM kartın ölçüsü standart SIM kartın ölçüsü ilə eynidir. Xiaomi-nin bu yeni məhsulunun nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur. 
    Linki kopyala