main-post-cover

    Xiaomi şirkəti dünyada ilk dəfə 30 vatt gücündə olan naqilsiz şarj texnologiyasını təqdim etdi

    Elm & Texnologiya
    09.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin Çində keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində Mi Charge Turbo adlı yeni sürətli naqilsi şarj texnologiyasını göstərdi. Bu barədə 91mobiles saytı xəbər verib. Bu, dünyada 30 vatt gücündə olan ilk naqilsiz şarj texnologiyasıdır. Şirkətin məlumatına əsasən bu texnologiya vasitəsilə 4000 mAh batareya həcminə sahib smartfon 50% enerjini 25 dəqiqəyə yığır. Smartfonu tam şarj etmək üçün isə 69 dəqiqə vaxt lazım olacaq.
        Sözügedən texnologiya həmçinin əlavə 10 vatt gücündə enerji verməyi bacaran funksiya da əldə edib. Onun vasitəsilə təkcə smart saatları və qulaqlıqları deyil həm də smartfonları da şarj etmək mümkündür. Məsələn 2670 mAh batareya həcminə sahib iPhone XS modeli bu funksiya vasitəsilə 20% enerjini 30 dəqiqəyə yığır.
        Bununla yanaşı şirkət təqdimat zamanı Mi Charge Turbo şarj stansiyasının itifadəçi smartfonunun stansiya üzərində harda yerləşdiyini təyin etməsi prosesini də sərgiləyib. Bu yeni şarj texnologiyasını ilk öncə Mi 9 Pro 5G (Mi 9S) smartfon modeli əldə edəcək. Şirkət həmin smartfonu bu ayın sonunda satışa çıxartmağı söz verib. Şirkət bildirib ki, 30 vatt gücündə olan şarj texnologiyası heç də güman edilən sərhəd deyil. Şirkət artıq 40 vatt gücündə şarj texnologiyasını test edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər