
Xiaomi şirkəti ekran üzərində iki simmetrik çıxıntı hissəli cihazın patentini alıb
Elm & Texnologiya
06.02.2019
Emil
LetsGoDigital saytının jurnalistləri intellektual mülkiyyət üzrə ümumdünya təşkilatın (WIPO) məlumatlar bazasında Xiaomi şirkətinin maraqlı patent sorğusunu aşkar ediblər. Belə ki, Çinin smartfon istehsalçısı ekranda iki ədəd simmetrik çıxıntı hissəli cihazın patentini əldə edib. Bu cür dizayn Galaxy S10 Plus flaqman smartfonunda olacaq dizayndan bir qədər fərqlənir. Belə ki, Galaxy S10 Plus modelinin ikili ön kamerası ekran üzərində bir çıxıntının daxilində yerləşəcək.

Xiaomi şirkətinin yeni patentində isə çıxıntı hissələr bir-birilərindən ayrıdırlar. Bundan əlavə olaraq sxematik fotolardan birində danışıq üçün olan səsgücləndiricələrin və müxtəlif ötürücülərin yerləşdikləri çıxıntı hissəli smartfon dizaynını da görmək olar. Hal hazırda bu cür dizayna Xiaomi şirkətinin hansı smartfon modellərinin əldə edəcəyini söyləmək çətindir. Ola bilər ki, bu cür dizayn Mi9 modelinin versiyalarından birində və ya Mi Mix 4 modelində reallaşdırılsın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
