Xiaomi şirkəti elektromobil bazarına daxil olacağını rəsmi şəkildə elan edib

Xiaomi şirkəti elektromobil bazarına daxil olacağını rəsmi şəkildə elan edib

Texnologiya
30.03.2021 PAYLAŞIM

    İrimiqyaslı təqdimat tədbirinin ikinci hissəsinin keçirilməsinə saatlar qalmış Xiaomi şirkəti vacib bir elanı təqdim edib. Belə ki, şirkət bildirib ki, o, smart elektromobillər bazarına daxil olur. Buna sübut olaraq şirkət bu məsələ ilə bağlı vacib sənədin fotosunu təqdim edib. Təqdim olunmuş sənəddə qeyd edilib ki, şirkətin direktorlar şurası elektrikli smart nəqliyyat növləri bazarına daxil olmağı qərara alıb. Məlumatda qeyd edilib ki, bu istiqamətdə olacaq ilk investisiyaların miqdarı 1.52 milyard dollar təşkil edəcək. Yaxın 10 il ərzində isə şirkət sözügedən sahəyə 10 milyard dollar investisiya yatırmağı planlaşdırır.

    Xiaomi-nin avtomobil şöbəsinə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəhbərlik edəcək. Şirkət bu məsələdə daha çox məlumatı bugün keçiriləcək təqdimat tədbirində verəcək. Qeyd etmək lazımdır ki, Xiaomi-nin elektromobil bazarına daxil olacağı barəsində məlumat daha öncədən də yayılmışdı. Bir neçə müddət bundan öncə Reuters saytı bu məlumatı təsdiqləmişdi və qeyd etmişdi ki, yaxın günlərdə Xiaomi bunu elan edəcək. Nəticədə bu baş verdi. Bir sıra məlumatlara əsasən Xiaomi elektromobil istehsalı məsələsində Çinin Great Wall adlı avtomobil istehsalçısı ilə əməkdaşlıq edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×