main-post-cover

    Xiaomi şirkəti günəş panelinə sahib smartfonun patentini əldə edib

    06.08.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti intellektual mülkiyyət üzrə ümumdünya təşkilata qeyri adi smartfonun patent sorğusunu göndərib. Belə ki, sözügedən smartfonun əsas özəlliyi ondan ibarətdir ki, patent sorğusuna əsasən o, günəş panelinə sahib olacaq. Bu barədə Letsgodigital saytına istinadən Gagadget saytı xəbər verib. Patent fotosundan da görmək olar ki, həmin günəş paneli smartfonun arxa panelinin böyük bir hissəsini əhatə edir. Lakin o, smartfonun qalınlığına təsir etməyəcək.

        Bundan əlavə olaraq smartfon ikili arxa kameraya və işıqlandırma sisteminə sahibdir. Həmin işıqlandırma sistemi isə kamera modullarının arasında yerləşir. Ön paneldən isə smartfon nazik çərçivələrə sahib ekran ilə əhatə olunub. Fotodan da görmək olar ki, smartfonun ön kamerası yoxdur. Ya ön kamera smartfon ekranına inteqrasiya edilib ya da smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilib. Çox güman ki, barmaq izi skanı texnologiyası da ekrana inteqrasiya edilib. Hələki bu sadəcə patentdir. Xiaomi şirkətinin bu patenti reallaşdırıb-reallaşdırmayacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər