Xiaomi şirkəti ilin sonuna kimi daha bir flaqman smartfon təqdim edə bilər

Xiaomi şirkəti ilin sonuna kimi daha bir flaqman smartfon təqdim edə bilər

Texnologiya
25.10.2019 PAYLAŞIM

    Bu il Xiaomi şirkəti flaqman göstəricilərə sahib bir sıra smartfon modeli təqdim edib. Onların arasında Mi9, Mi Mix Alpha, Redmi K20 Pro (Mi 9T Pro) modelləri var. Buna baxmayaraq şirkət bununla yetinən deyil və görünür, daha bir flaqman smartfon modelini təqdim etməyə hazırlaşır. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma-nın verdiyi məlumata əsasən şirkət yeni flaqman smartfon modelini ilin sonuna kimi təqdim edə bilər.

    Təəssüflər olsun ki, smartfon barəsində hansısa bir məlumat yoxdur. Lakin dəqiq şəkildə demək olar ki, bu, CC9 Pro smartfon modeli olmayacaq. CC9 Pro modelinin yaxşı texniki göstəricilərə sahib olacağı məlumatları yayılsa da onlar flaqman səviyyədə göstəricilər deyil. Ola bilər ki, söhbət, Xiaomi Mi Note 10 modelindən gedir. Son məlumatlara əsasən məhz bu smartfon flaqman model olacaq. Çox güman ki, Mi Note 10 Snapdragon 855 və ya Snapdragon 855 Plus prosessoru ilə təchiz olunacaq.




DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×