
Xiaomi şirkəti IPO öncəsi 1 milyard dollar vəsait itirib
Elm & Texnologiya
12.06.2018
Emil
Çinin smartfon istehsalçısı Xiaomi
1.09 milyard odllarlıq vəsait itkisindən xəbər verdi. Şirkət bu vəsaiti IPO öncəsi
itirib. 2017-ci ildəki göstərici ilə müqayisədə bu itki o qədər də böyük deyil.
Həmin vaxtda şirkət 6.85 milyard dollar vəsait itirmişdi. Şirkətin vəziyyəti
getdikcə yaxşılaşmağa doğru gedir. Belə ki, 2018-ci ilin birinci rübü üçün onun
təmiz gəliri 162 milyon dollar təşkil edib. Şirkət bütün keçən il ərzində isə
608 milyon dollar gəlir əldə etmişdi. 2018-ci ildə şirkətin smartfon satışları
88% yüksəlib. Bu əsasən xarici bazarlardakı satışların artması sayəsində baş
verib.
Beləliklə şirkət öz növbəsində gəlirini 5.3 milyard dollara kimi
çatdırıb. Əvvəlki bütün il üzrə göstərici 17.8 milyard dollar təşkil etmişdi.
Xiaomi hələki keçirdəcəyi IPO-da vəsait yığımının səbəbini və təqdim edəcək səhmlərinin
sayını açıqlamır. Analitiklərin fikrincə IPO sayəsində şirkət 10 milyard dollar
investisiya əldə edə bilər. Bunun olacağı halında sözügedən IPO son 4 ildə ən
böyüyü olacaq. Maraqlısı ondadır ki, təqdim olunacaq səhmlərin 30%-i yalnız Çin
bazarı üçün nəzərdə tutulacaq. Bizneslərinin smartfon satışları üzərində
qurulmuş yalnız bir neçə İT şirkət real gəlir əldə edir. Onlardan ən əsasları
Apple və Samsung şirkətləridir. Digərlərinin işləri isə o qədər də yaxşı
getmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
