
Xiaomi şirkəti konseptual Mi Mix Alpha smartfonunun təkmilləşdirilmiş versiyası üzərində çalışır
Elm & Texnologiya
05.03.2020
Emil
Keçən il Xiaomi şirkəti Mi Mix Alpha adlı konseptual smartfonu təqdim etmişdi. İndi isə şirkət bu smartfonun bir qədər təkmilləşdirilmiş versiyası üzərində çalışır. Bu brədə Gagadget saytı xəbər verib. Digital Chat Station ləqəbli hindistanlı insayderin verdiyi məlumata əsasən Mi Mix Alpha-nın təkmilləşdirilmiş versiyası Draco kod adına sahibdir və o artıq sertifikatlaşdırmadan keçib. Bu isə o deməkdir ki, smartfonun təqdimatı artıq çox yaxındır.
Orijinal Mi Mix Alpha modeli Snapdragon 855+ prosessoru ilə çalışırdısa, smartfonun təkilləşdirilmiş versiyası Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvəyə, Snapdragon X55 adlı 5G modemə, Adreno 650 qrafik sürətləndiriciyə sahibdir. Digər özəlliklər baxımından isə təkmilləşdirilmiş versiya ilə orijinal versiya eyni olaraq qalacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
