Xiaomi şirkəti Mi 10-nun ilk partiyasını rekord müddətə satdı
Elm & Texnologiya
14.02.2020
Farid Pardashunas
Dünən təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının bugün Çində satışlarına start verildi. Sözügedən seriyaya daxil olan smartfon modellərinin yüksək qiymət göstəricilərinə baxmayaraq Mi 10-nun ilk partiyası yüksək sürətlə satıldı. Bu barədə Mydrivers saytı xəbər verib. Şirkət ilk öncə sifariş edən zaman 14$ depozit yerləşdirən ciddi alıcılara öz diqqətini cəmləyib.
Buna baxmayaraq satışlara start veriləndən 1 dəqiqə sonra Mi 10-nun ilk partiyası tamamilə satılıb. Qeyd etmək lazımdır ki, ilk partiyaya 50.000 ədəd smartfon daxil olub. Beləliklə Xiaomi şirkəti 1 dəqiqə ərzində 28.6 milyon dollar gəlir əldə edib. Məlumata əsasən Mi 10-nun ikinci partiyası 18 fevral tarixində satışa çıxacaq. Həmin vaxtda həmçinin Mi 10 Pro modeli də satışa çıxacaq. Qeyd etmək lazımdır ki, adi Mi 10 modelinin qiyməti 573$-dan, Mi 10 Pro modelinin qiyməti isə 716$-dan başlayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)