
Xiaomi şirkəti Mi 10 smartfon seriyasının qlobal versiyasının təqdimat tarixini açıqladı (VİDEO)
Elm & Texnologiya
25.03.2020
Emil
Keçən ay Çində satışa çıxandan sonra Xiaomi şirkətinin yeni flaqman smartfon modelləri olan Mi 10 və Mi 10 Pro rekord vaxtda satılmışdılar. İndi isə şirkət sözügedən smartfonların qlobal versiyalarının təqdimat tarixlərini açıqladı. Bu barədə Androidauthority saytı xəbər verib. Beləliklə sözügedən smartfonların Avropa bazarında satış tarixlərinin və qiymətlərinin elan olunacağı online təqdimat 27 mart tarixində baş tutacaq. Sözügedən təqdimat tədbiri şirkətin rəsmi Twitter, Facebook və Youtube səhifələrində canlı yayım şəklində istifadəçilərə göstəriləcək.
Heç istisna deyil ki, təqdimat zamanı şirkət digər məhsullarını da göstərsin. Xiaomi Mi 9 smartfon modelinin müxtəlif regionlar üçün nəzərdə tutulmuş qiymət göstəricilərini müqayisə edərək insayderlər Mi 10 seriyasının Avropada hansı qiymətə satılacağını artıq proqnozlaşdırıblar. Beləliklə onların məlumatlarına əsasən 8 GB RAM və 128 GB daxili yaddşa sahib Mi 10 modeli 650$-750$-a kimi, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib Mi 10 Pro modeli isə 759$-813$-a kimi satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
