main-post-cover

    Xiaomi şirkəti Mi 9 Pro və Mi Mix 4 modellərinin təqdimat tarixlərini açıqladı

    Elm & Texnologiya
    16.09.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti rəsmi olaraq Mi 9 ProMi Mix 4 smartfon modellərinin təqidmat tarixlərini elan etdi. Beləliklə şirkət yeni smartfonları 24 sentyabr tarixində Çində keçiriləcək təqdimat tədbirində təqdim edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Mi 9 Pro modeli adi Mi 9-un daha təkmilləşdirilmiş versiyası olacaq.
        Son məlumat sızıntılarına əsasən bu model Snapdragon 855 Plus prosessoru, 12 GB RAM və 30 vatt gücündə enerji qəbul etməyə qadir Mi Charge Turbo adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu halda smartfon 100% enerjini 70 dəqiqəyə yığa biləcək. Mi Mix 4 modelinə gəldikdə isə məlumata əsasən o, Snapdragon 855 Plus prosessoru və 12 GB RAM ilə təchiz olunacaq.
        Smartfonn əsas özəlliyi isə onun kameraları olacaq. Belə ki, smartfon biri 108 MP olmaqla üçlü arxa kamera moduluna sahib olacaq. Yerdə qalan ikinci kamera 16 MP-lik, üçüncü kamera isə 12 MP-lik olacaq. Hər iki smartfon MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Bununla yanaşı bu yeni modellərin 5G şəbəkə dəstəyini əldə edəcəkləri də gözlənilir.
    Linki kopyala