main-post-cover

    Xiaomi şirkəti Mi Band 3i smart qolbağını təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    21.11.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti söz verdiyi kimi bugün Hindistanda öz yeni smart qolbaq modelini təqdim edib. Təqdim edilmiş yeni smart qolbaq modeli Mi Band 3i adlanır və o, adi Mi Band 3-ün daha sadələşdirilmiş versiyasıdır. Bu barədə Gagadget saytı xəbər verib. Mi Band 3i modeli ürək döyüntülərinin təyin olunması ötürücüsündən məhrum olub və bir qədər dəyişdirilmiş dizaynı əldə edib. Qolbağın digər göstəriciləri isə Mi Band 3-də olduğu kimidir. Belə ki, Mi Band 3i modeli 128x80 piksel keyfiyyətli 0.78 düym AMOLED ekran, 110 mAh enerji tutumlu batareya və Bluetooth 4.2 texnologiyası ilə təchiz olunub.
        Bununla yanaşı smart qolbaq 5ATM standartı üzrə sudan qorunma özəlliyinə də sahibdir. 110 mAh enerji tutumlu batareya vasitəsilə Mi Band 3i modeli 20 gün ərzində avtonom rejimdə çalışa bilər. Mi Band 3i artıq Hindistanda satışa çıxıb. Xüsusi kampaniya çərçivəsində onun qiyməti 18$ təşkil edir. Lakin daha sonra onun qiyməti 22$-a yüksələcək. Yeni smart qolbaq modeli qlobal bazarda satışa çıxmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər