Xiaomi şirkəti Mi Max smartfon seriyasına tamamilə son qoydu

Xiaomi şirkəti Mi Max smartfon seriyasına tamamilə son qoydu

Texnologiya
03.12.2019 PAYLAŞIM

    Hələ bu ilin yay fəslində Xiaomi şirkəti bildirmişdi ki, Mi Max smartfon seriyasında yeni modellər satışa çıxmayacaq. Bu bəyanat ən azından bu il üçün dəqiq idi. Lakin daha sonra Xiaomi şirkətinin vitse-prezidenti və Redmi brendinin rəhbəri vəzifəsində çalışan Lu Weibing bildirmişdi ki, Mi Max seriyasının yeni modelləri ilə Redmi brendi məşğul ola bilıər. Lakin indi o bu məsələ ilə bağlı dəqiq məlumat verib.

    Bu barədə IThome saytı xəbər verib. Beləliklə Çinin Weibo sosial şəbəkəsində istifadəçilərin suallarına cavab verən zaman Lu Weibing bildirib ki, şirkət Mi Max seriyasında daha heç bir smartfon istehsal etməyəcək. Səbəb isə çox sadədir. Belə ki, Mi Max seriyası ilk əvvəldən böyük ekrana və böyük batareya həcminə sahib smartfonlar üçün nəzərdə tutulmuşdu.

    Lakin bu cür özəlliklərə sahib smartfonlar şirkətin digər smartfon seriyalarında da var. Məsələn 6.47 düym ekrana və 5260 mAh enerji tutumlu batareyaya sahib Mi Note 10 və ya 6.53 düym ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib Redmi Note 8 Pro. Buna görə də böyük ekrana və böyük batareya həcminə sahib ayrıca smartfonu istehsal etməyin mənası yoxdur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..