
Xiaomi şirkəti Mi Max smartfon seriyasından tamamilə imtina etdi
Elm & Texnologiya
01.07.2019
Emil
Görünür, böyük ekranlı Mi Max seriyasının davamını gözləyən Xiaomi pərəstişkarları bu smartfon seriyası ilə vidalaşmalı olacaqlar. Bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, şirkət Mi Max ilə Mi Note smartfon seriyalarından imtina etməyi planlaşdırır. Buna şirkətin CEO-su Lei Jun işarə etmişdi. O bildirmişdi ki, bu il sözgedən smartfon seriyasında yeni cihazları gözləmək lazım deyil. Daha sonra isə Mi Max seriyasını Redmi brendinin davam etdirəcəyi barəsində məlumatlar ortaya çıxdı.
Lakin bu da düzgün məlumat olmadı. Bunu Redmi brendinin rəhbəri Lu Weibing qeyd edib. Bu barədə MyDrivers saytına istinadən Gagadget saytı xəbər verib. “Hal hazırda bu barədə heç bir plan yoxdur və görünür, Max seriyasının cihazlarına son qoyulub” - deyə Lu Weibing bildirib. Qeyd etmək lazımdır ki, Mi Max seriyasının ilk smartfon modeli 2016-cı ilin yaz fəslində satışa çıxmışdı. Həmin vaxtdan bəri şirkət bu seriyada 3 smartfon modelini təqdim edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
