main-post-cover

    Xiaomi şirkəti Mi Note 10 Lite smartfon modelinin təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    29.04.2020
    Emil Nəcəfov
        Xiaomi Mi Note 10 seriyası daha sadələşdirilmiş model ilə genişləndiriləcək. Söhbət, Mi Note 10 Lite smartfon modelindən gedir. Xiaomi şirkət sözügedən smartfonun təqdimat tarixini elan edib. Bununla yanaşı smartfonun texniki özəllikləri də internetdə ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Standart Mi Note 10 modellərindən fərqli olaraq Mi Note 10 Lite modeli 108 MP-lik əsas kamera sensoru əvəzinə 64 MP-lik əsas kamera sensoru əldə edəcək. Digər kamera sensorları isə 8 MP, 8 MP, 5 MP və 2 MP olacaqlar.
        Smartfon Full HD+ keyfiyyətli 6.47 düym AMOLED ekrana sahib olacaq. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdiriləcək. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya ediləcək. Digər özəlliklərə gəldikdə isə Mi Note 10 Lite modeli Snapdragon 730G prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi və 30 vatt gücündə 5260 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfon MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Mi Note 10 Lite modelinin təqdimatı sabah baş tutacaq.
    Linki kopyala