Xiaomi şirkəti Mi Note 10-nun təqdimatını təsdiqlədi

Xiaomi şirkəti Mi Note 10-nun təqdimatını təsdiqlədi

Texnologiya
29.10.2019 PAYLAŞIM

    Xiaomi şirkəti artıq 5 qat optik zoom özəllikli 108 MP-lik kameraya sahib CC9 Pro smartfon modelinin təqdimat tarixini elan edib. Lakin məlum olub ki, CC9 Pro smartfonu şirkətin 108 MP-lik kameraya sahib yeganə modeli olmayacaq. Belə ki, şirkət CC9 Pro-dan əlavə daha bir smartfonu da təqdim edəcək. Söhbət, Mi Note 10-dan gedir. Məhz bu smartfon modeli barəsində son 1 ay ərzində insayderlər çoxlu sayda məlumat verirdilər. Bu barədə 4pda saytı xəbər verib. Şirkət artıq öz Twitter hesabında Mi Note 10-nun tizer fotosunu təqdim edib. Çox güman ki, Mi Note 10 modeli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 5 kamera moduluna da sahib olmalıdır. CC9 Pro modeli 5 noyabr tarixində təqdim olunacaq. Mi Note 10-a gəldikdə isə o, yaxın bir neçə gün ərzində təqdm olunmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×