Xiaomi şirkəti Mi Watch smart saatının hansı özəlliklərə sahib olacağını sərgilədi
Elm & Texnologiya
31.10.2019
Farid Pardashunas
Təqdimata 1 həftə qalmış Xiaomi şirkəti Mi Watch smart saatına olan marağı artırmağa davam edir. Beləliklə şirkət təqdimatdan öncə smart saatın hansı özəlliklərə sahib olacağını göstərib. Bu barədə 4pda saytı xəbər verib. Şirkətin təqdim etmiş olduğu tizer fotolarda Mi Watch-un funksionallığını artıracaq tətbiqlər əks olunublar.
Beləliklə Mi Watch-un özəllikləri arasında sürətli mətn çapı, radio tətbiqi, musiqi player, səhm qiymətlərinin və valyuta məzənnələrinin monitorinqini həyata keçirəcək tətbiq var. Bununla yanaşı smart saat həmçinin səyahət etməyi sevən insanlar üçün xüsusi tətbiqə də sahib olacaq.
Təbii ki, digər smart saat modelləri kimi Mi Watch da fiziki aktivliyi təyin edən və idman üçün nəzərdə tutulmuş tətbiqləri özündə birləşdirəcək. Onu da qeyd etmək lazımdır ki, Mi Watch-u kontaktsız ödənişlərdə də istifadə etmək mümkün olacaq. Belə ki, smart saat NFC modul ilə təchiz olunacaq. Smart saatın təqdimatı 5 noyabr tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!