Xiaomi şirkəti Mi Watch smart saatının xarici görünüşünü sərgilədi

Xiaomi şirkəti Mi Watch smart saatının xarici görünüşünü sərgilədi

Texnologiya
29.10.2019 PAYLAŞIM

    Xiaomi şirkəti 5 noyabr tarixində baş tutacaq təqdimat tədbirini gözləməyərək öz smart saat modelinin xarici görünüşünü sərgilədi. Smart saatın fotolarını şirkətin rəhbəri Lei Jun təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi-nin smart saat modeli xarici görünüşcə Apple Watch-a bənzəyəcək. Smart saat bir ədəd idarəetmə düyməsinə və kənarları əyilmiş kvadrat formalı ekrana sahib olacaq.


    Son məlumat sızıntılarına əsasən Mi Watch smart saatı Xiaomi-nin WearOS əməliyyat sistemi ilə çalışacaq ilk saat modeli olacaq. Xiaomi həmçinin təsdiq edib ki, Mi Watch Snapdragon Wear 3100 prosessoru ilə təchiz olunacaq. Güman olunur ki, bundan əlavə olaraq smart saat OLED ekran, 1 GB RAM, Google Play ödənişləri üçün nəzərdə tutulmuş NFC modul və Always on Display funksiyası ilə təchiz olunacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×