main-post-cover

    Xiaomi şirkəti Mi9 Pro 5G ilə Mi Mix 4-ün təqdimatına işarə etdi

    Elm & Texnologiya
    11.09.2019
    Emil Nəcəfov
        Xiaomi Mi9 Pro 5GMi Mix 4 smartfon modellərinin təqdimatları barəsində məlumat sızıntısına yeniləri əlavə olundu. Lakin bu dəfə məlumat sızıntısı daha güvənli mənbədən verilib. Yəni şirkətin rəsmi saytından. Belə ki, şirkətin rəsmi saytında ortaya çıxmış tizerdə yaxın zamanda təqdim olunacaq iki yeni smartfon modelinin adı əks olunub. Bu brədə Gizmochina saytı xəbər verib.
        Xiaomi şirkəti smartfonların təqdimat tarixlərini təsdiqləməsə də bir sıra mobil operatorların verdikləri məlumatlara əsasən Mi9 Pro 5G və Mi Mix 4 modelləri 24 sentyabrda təqdim ediləcəklər. Bir neçə müddət bundan öncə şirkət rəsmi olaraq bildirmişdi ki, yeni Mi9 Pro modeli 5G şəbəkə dəstəyi ilə birlikdə həmçinin yeni 30 vatt gücündə olan sürətli şarj texnologiyasını da dəstəkləyəcək.
        Çinin TENAA sertifikatlaşdırma agentliyində artıq ortaya çıxmış məlumata əasən Mi9 Pro 5G modeli 6.39 düym ekran, Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Mi Mix 4-ə gəldikdə isə məlumata əsasən o, 90 GHz tezlikdə yenilənən ekran, Snapdragon 855 Plus prosessoru, 108 MP-lik arxa kamera və 40 vatt gücündə olan sürətli naqilsiz şarj texnologiyası ilə təchiz olunacaq. 
    Linki kopyala