Xiaomi şirkəti Mi9 smartfonu ilə birlikdə naqilsiz şarj texnologiyalı powerbankı da təqdim edəcək

Xiaomi şirkəti Mi9 smartfonu ilə birlikdə naqilsiz şarj texnologiyalı powerbankı da təqdim edəcək

Texnologiya
18.02.2019 PAYLAŞIM

    Biz artıq xəbər vermişik ki, Xiaomi şirkəti 20 fevral tarixində özünün Mi9 adlı flaqman smartfonunu təqdim edəcək. Lakin təqdimatda təkcə smartfon modeli təqdim olunmayacaq. Belə ki, 20 fevral tarixində şirkət Mi9 smartfonundan əlavə olaraq özünün ilk naqilsiz şarj texnologiyasına sahib powerbank modelini də təqdim edəcək. Bu barədə Mysmartprice saytı xəbər verib. Qeyd etmək lazımdır ki, son illərdə Xiaomi şrikətinin powerbank modellərinə tələbat çox artdı. İndi isə şirkət yeni mərhələyə keçid etmək istəyir.

    Beləliklə şirkət naqilsiz şarj texnologiyasına sahib Powerbank istehsal etməyi qərara alıb. Sözügedən powerbank 10.000 mAh enerji tutumlu batareyaya sahib olacaq və smartfonları heç bir naqil olmadan şarj edə biləcək. Çox güman ki, powerbankın daha böyük batareya həcmli versiyaları da olacaq. Bu barədə digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Xiaomi Mi9 smartfonunun təqdimatı 20 fevral tarixində Pekində baş tutacaq. Həmin gündə həmçinin Samsung şirkəti San Fransiskoda Galaxy S10 seriyasını təqdim edəcək.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×