Xiaomi şirkəti öz istifadəçilərini izləməkdə günahlandırılıb (VİDEO)

Xiaomi şirkəti öz istifadəçilərini izləməkdə günahlandırılıb (VİDEO)

Texnologiya
03.05.2020 PAYLAŞIM

    Forbes saytının təqdim etdiyi yeni məqalədə Xiaomi şirkəti öz istifadəçilərini izləməsi üzrə günahlandırılır. Şirkət artıq bu məqaləyə reaksiya verib. Redmi Note 8 smartfonuna sahib olan Gabi Cirlig adlı tədqiqatçı aşkar edib ki, Sinqapurda və Rusiyada olan qeyri-məlum serverlərə konfidensial məlumatlar ötürülür.

Bununla belə göndərilmiş məlumatlar base64 texnologiyası vasitəsilə şifrələniblər. Buna görə də onları deşifrələmək çox sadə işdir.

    Tədqiqatçının sözlərinə əsasən Xiaomi şirkəti öz smartfonlarından məlumatları yığır. Bura həmçinin unikal nömrələr daxildir. Həmin unikal nömrələr vasitəsilə smartfonların modellərini və onlarda olan Android versiyalarını təyin etmək olar. Bu üsulla hansı smartfonun kimə aid olduğunu öyrənmək asan məsələdir. Bundan əlavə olaraq smartfonda yeni qovluqların və brauzerdəki səhifələrin açılması, müəyyən ayarların aktivləşdirilməsi və hətta dinlənilən musiqilər barəsində də məlumatlar yığılır. Bu cür bəyanatı həmçinin kibertəhlükəsizlik üzrə mütəxəssis Andrew Tierney də təsdiqləyib.


Onun sözlərinə əsasən Mi Browser Pro və Mint Browser brauzerləri hətta inkoqnito rejimində də məlumatları yığmağa davam edirlər.

    Onlar öz serverlərinə istifadəçinin axtarış sorğuları, onun daxil olduğu saytlar və aktivlikləri barəsində məlumatları ötürürlər. Bununla belə sözügedən brauzerlər Çindəki Sensors Analytics adlı startapa məxsus olan domenlərlə əlaqə yaradırlar. Sözügedən startap isə davranış analitikası ilə məşğul olur. Xiaomi şirkəti öz növbəsində bu məsələ ilə bağlı rəsmi açıqlama verib.

    “Xiaomi şirkəti bir neçə müddət budnan öncə Forbes-da dərc edilmiş məqaləyə görə məyusluq hissi keçirdir. Dərc edilmiş məqalədə özəl məlumatların qorunmasını və təhlükəsizlik prinsiplərini əhatə edən bizim öz mövqeyimiz düzgün şəkildə anlaşılmayıb. Bizim istifadəçilərimizin məlumatlarının qorunması və internetdən təhlükəsiz istifadə Xiaomi şirkətinin əsas prioritetlərindən biridir. Biz əminik ki, biz bütün yerli qanunlara tam şəkildə riayət edirik. Biz artıq Forbes-a müracət edərək yaranmış anlaşılmazlıq ilə bağlı öz açıqlamamızı vermişik” - deyə şirkət qeyd edib.

    Şirkət etiraf edib ki, o, yuxarıda sadalanmış istifadəçi məlumatlarını yığır. Lakin onun sözlərinə əsasən bu cür məlumatların istifadəçinin identifikasiyasında istifadə etmək mümkün deyil. Bununla yanaşı şirkət öz brauzerlərin hətta inkoqnito rejimində də məlumatları yığdıqları məsələsini tam inkar edib. Bundan əlavə olaraq Xiaomi qeyd edib ki, o, istifadəçi məlumatlarını nə Sensors Analytics-ə nə də digərlərinə göndərmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×