Xiaomi şirkəti öz smartfonlarını iki ədəd batareya ilə təchiz edə bilər

Xiaomi şirkəti öz smartfonlarını iki ədəd batareya ilə təchiz edə bilər

Texnologiya
28.10.2019 PAYLAŞIM

    Hələ bu ilin yaz fəslində Xiaomi şirkəti 100 vatt gücündə sürətli şarj texnologiyasını təqdim etmişdi. Bu texnologiya vasitəsilə 4000 mAh enerji tutumlu batareyanı 17 dəqiqəyə şarj etmək olar. Lakin hələ heç bir smartfon modeli sözügedən sürətli şarj texnologiyasını əldə etməyib. Çox güman ki, məsələ batareyanın tez qızmasındadır. Lakin görünür, Xiaomi şirkəti bu problemi aradan qaldırmağın yolunu tapıb. Bu barədə Gagadget saytı xəbər verib.

    Beləliklə hindistanlı məşhur insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən şirkət öz smartfonlarında iki batareya yerləşdirəcək. Bu, iki hissədən ibarət batareya modelləri olacaqlar. Məhz bu cür batareya konstruksiyası vasitəsilə 100 vatt gücündə olan sürətli şarj texnologiyasını smartfonlara inteqrasiya etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, ikili batareya texnologiyasını Oppo şirkəti artıq öz smartfonlarında istifadə edir.


    Xiaomi-nin hansı flaqman smartfon modelinin ikili batareyaya sahib olacağı bilnmir. Lakin ümid etmək olar ki, şirkət gələn il 100 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyəcək smartfon modeli təqdim edəcək. Şirkətin hal hazırda mövcud olan smartfonları 40 vatt gücündə olan Mi Charge Turbo adlı sürətli şarj texnologiyası ilə məhdudlaşırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×