Xiaomi şirkəti özünün ilk əyilə bilən smartfon modelində problemlər ilə qarşılaşıb (VİDEO)

Xiaomi şirkəti özünün ilk əyilə bilən smartfon modelində problemlər ilə qarşılaşıb (VİDEO)

Texnologiya
25.01.2019 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Xiaomi şirkətinin prezidenti Lin Bin şirkətin ilk əyilə bilən smartfon modelinin prototipini sərgiləmişdi. Təqdim olunmuş videodan görmək olardı ki, smartfon həqiqətən də çox əla dizayna sahibdir. Lakin görünür, bu cür smartfonu biz yaxın zamanda mağazalarda görməyəcəyik. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin istehsalat şöbəsinin rəhbəri Wang Teng Thomas-ın sözlərinə əsasən təqdim olunmuş videodakı cihaz sadəcə olaraq bir prototipdir və mühəndislər komandasının qarşısında hələ görülməli çox iş var.

    Məsələ burasındadır ki, sözügedən smartfon ilə bağlı hələ həll edilməmiş bir çox texniki problemlər var. Əyilə bilən smartfonun əsas problemi isə onun dözümlülüyü ilə bağlıdır. Xiaomi şirkəti təkcə iki tərəfdən əyilə bilmə özəlliyindən əlavə olaraq həmdə xarici tərəfə əyilmə özəlliyinə də sahib cihaz hazırlamaq qərarına gəlib. Bu cür konstruksiyaya sahib smartfonu hazırlamaq isə daxili tərəfə əyilə bilən smartfonun konstruksiyasını hazırlamaqdan daha qəlizdir.

Bənzər xəbər



    Bundan əlavə olaraq bu cür konstruksiyaya sahib ekran çətin ki, yerə birinci düşüşdə salamat qalsın. Smartfonun texniki problemlərindən əlavə olaraq onun proqram təminatı ilə bağlı problemlərini də aradan qaldırmaq lazımdır. Buna görə də gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisinə kimi ola bilsin Xiaomi şirkəti bu problemləri aradan qaldırmağı çatdırmasın. Qeyd etmək lazımdır ki, şirkət hələki özünün ilk əyilə bilən smartfon modelinin adı ilə bağlı yekun bir qərara gəlməyib. Lakin məlumata əsasən şirkət Dual Flex ilə Mi Flex adlarının arasında qalıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×