Xiaomi şirkəti qeyri adi AR eynəyin patentini əldə etdi

Xiaomi şirkəti qeyri adi AR eynəyin patentini əldə etdi

Texnologiya
09.03.2020 PAYLAŞIM

    Hələ 2012-ci ildə Google şirkəti Google Glass adlı smart eynək modelini təqdim etmişdi. Lakin nəticədə həmin eynək istifadəçilər arasında məşhur ola bilmədi. Buna baxmayaraq bir sıra istehsalçıların fikirlərinə əsasən bu cür eynəklər gələcəkdə standart smartfonları əvəz edə biləcəklər. Görünür, Xiaomi şirkəti özünün AR cihazı üzərində işlərə start verərək sadalanmış vəziyyətin gəlməsinə hazırlaşır.

Bənzər xəbər


    Bu barədə 4pda saytı xəbər verib. Ortaya çıxmış təsvirlər Xiaomi-nin AR cihaz patentindən götürülüb. Ortaya çıxmış patent təsvirlərindən də görmək olar ki, sözügedən cihaz eynəkdən və ona naqil vasitəsilə qoşulmuş bərkidicidən ibarətdir. Çox güman ki, cihazın bütün elektron komponentləri məhz həmin bərkidicidə yerləşəcək. Bununla yanaşı bərkidici hissənin üzərində ‘+’ və ‘-’ düymələrini də görmək olar.

    Çox güman ki, onlar səsin tənzimlənməsi üçün nəzərdə tutulublar. Sözügedən düymələrin yanında daha bir düymə də var. Lakin həmin düymənin hansı funksiyanı yerinə yetirəcəyi bilinmir. Bu cür cihazın tam avtonom şəkildə və ya smartfona Bluetooth vasitəsilə qoşularaq əlavə aksessuar şəklində çalışıb-çalışmayacağı bilinmir. Həmçinin Xiaomi-nin nəticədə belə bir məhsulu satışa çıxardıb-çıxartmayacağı da dəqiq deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×