
Xiaomi şirkəti Redmi 8-in təqdimat tarixini elan etdi
Elm & Texnologiya
04.10.2019
Emil
Sentyabrın sonunda Xiaomi şirkəti Redmi 8A smartfon modelini təqdim etmişdi. İndi isə şirkət Redmi 8-in təqdimat tarixini elan edib. Belə ki, şirkətin Hindistan şöbəsi üzrə rəhbəri Manu Kumar Jain-in verdiyi məlumata əsasən smartfon 9 oktyabr tarixində təqdim olunacaq. Bu barədə Gagadget saytı xəbər verib. Son məlumat sızıntısına əsasən Redmi 8 modeli plastik materialdan hazırlanmış gövdə, HD+ keyfiyyətli 6.21 düym ekran, 2.0 GHz tezlikdə çalışan prosessor, 12 MP + 2 MP ikili arxa kamera və 4000-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
