Xiaomi şirkəti Redmi brendinin daha iki smartfonu üzərində çalışır

Xiaomi şirkəti Redmi brendinin daha iki smartfonu üzərində çalışır

Texnologiya
21.01.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Xiaomi şirkəti Redmi brendinin ilk smartfon modeli Note 7-ni təqdim etmişdi. Lakin şirkət bununla kifayətlənmək niyyətində deyil. Belə ki, Mysmartprice saytının mənbələrinin verdikləri məlumatlara əsasən yaxın zamanda Hindistanda sözügedən brendin daha 2 smartfon modeli satışa çıxacaq. Onlardan biri Redmi Note 7 Pro, ikincisi isə büdcəli Redmi Go modeli olacaq.

    Çox güman ki, Redmi Go sözügedən brendin ən ucuz smartfon modeli olacaq və Android Pie (Go Edition) əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu, aşağı texniki göstəricili smartfonlar üçün nəzərdə tutulmuş xüsusi əməliyyat sistemi versiyasıdır. Bundan əlavə olaraq məlumata əsasən Redmi Go modeli 5.9 düym ekrana sahib olacaq. Nəzərə alsaq ki, Redmi Note 7-nin qiyməti 150$-dır, çox güman ki, Redmi Go-nun qiyməti 100$-dan aşağı olacaq.

Bənzər xəbər


    Redmi Note 7 Pro-ya gəldikdə isə onun varlığı barəsində məlumat hələ Redmi Note 7-nin təqdimatında yayılmışdı. Belə ki, Redmi Note 7 Pro modeli Redmi Note 7-nin bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Smartfon Snapdragon 675 prosessoru və Sony IMX586 matrisalı 48 MP-lik arxa kamera ilə təchiz olunacaq. Hər iki smartfon modelinin fevral ayında satışa çıxacağı güman edilir. Qeyd etmək lazımdır ki, Redmi Note 7-yə tələbat çox yüksəkdir. Belə ki, 100.000 cihazdan ibarət ilk Redmi Note 7 tirajı 8 dəqiqə ərzində satılıb. Bu cür templə Xiaomi şirkəti bu ayın sonuna kimi 1 milyon Redmi Note 7 smartfonu satmağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×