Xiaomi şirkəti Redmi'nin ayrıca brend kimi ilk smartfonu Redmi Note 7-ni təqdim etdi

Xiaomi şirkəti Redmi'nin ayrıca brend kimi ilk smartfonu Redmi Note 7-ni təqdim etdi

Texnologiya
10.01.2019 PAYLAŞIM

    Xiaomi şirkəti ayrıca brendə çevirdiyi Redmi-nin ilk smartfon modeli olan Redmi Note 7-ni təqdim etdi. Baxmayaraq ki, smartfon büdcəli cihaz seriyasına aiddir, o, heç də pis olmayan prosessor və təkmilləşdirilmiş kameralar əldə edib. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə smartfon 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.3 düym Full HD+ ekranla təchiz olunub. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşir. Smartfonun ekranı ön panelin demək olar ki, 95%-ni əhatə edir.


Bənzər xəbər


    Əsas texniki götəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 660 prosessoru, Adreno 512 qrafk sürətləndirici, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəyi), 48 MP (f/1.8 diafraqmalı) + 5 MP ikili arxa kamera, 13 MP-lik ön kamera və Quick Charge 4.0 sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı qeyd etmək lazımdır ki, sözügedən smartfon vasitəsilə yüksək keyfiyyətli fotoların çəkilməsi üçün kameralar həmçinin süni zəka texnologiyasını da dəstəkləyirlər.


    Smartfon həm USB Type-C həmdə ənənəvi 3.5 mm-lik audiogirişə də sahibdir. Barmaq izi skanı texnologiyası smartfonun şüşə materialdan hazırlanmış arxa panelində yerləşir. Smartfonun gövdəsi isə qradient rəngə sahibdir. Redmi Note 7 Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib olan versiya 147$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya 176$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya isə 206$-a satılacaq. Çində smartfon artıq 15 yanvar tarixindən satışa çıxacaq. Redmi Note 7-nin qlobal versiyasının təqdimat tarixi barsində heç bir məlumat verilməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×